Levan Xabeişvili həbsxanadan cəmiyyətə "5+1" sazişi təklif edib – ÖZƏL
10:09 DünyaOlaylar.az xəbər verir ki, "Vahid Milli Hərəkat" partiyasının siyasi şurasının sədri Levan Xabeişvili saxlanıldığı cəzaçəkmə müəssisəsindən xalqa müraciət edərək "5+1" milli razılıq sazişini təklif edib. O, Bidzina İvanişvilinin Gürcüstanı nifrət və zorakılıq üzərində qurulmuş Rusiya tərəfyönlü rejimə sürüklədiyini bildirərək, hakimiyyətin təbliğatına qarşı 5 əsas bənd ətrafında birləşməyə çağırıb. Sənədə əsasən, Gürcüstanda eynicinsli nikahlar heç vaxt tanınmayacaq, ailə yalnız qadın və kişinin ittifaqı olaraq qalacaq. İkinci bənddə pravoslav kilsəsinin, mədəni irsin qorunması və Patriarxlığa bayramlarda məbusların əfv edilməsi üçün vəsatət hüququnun verilməsi nəzərdə tutulur. Həmçinin miqrasiya siyasətinin sərtləşdirilməsi, Rusiya, Pakistan, Hindistan və İrandan nəzarətsiz axının dayandırılması tələb olunur.
Xabeişvili işğalçı dövlət olan Rusiya ilə münasibətlərdə milli maraqları qoruyan rasional siyasətin yürüdüləcəyini və ölkədəki demoqrafik böhranın qarşısını almaq üçün yeni ailə quranlara maliyyə dəstəyi veriləcəyini qeyd edib. O vurğulayıb ki, bu 5 bənddə razılıq əldə edildikdən sonra Gürcüstan sürətlə Avropaya inteqrasiya edə və bank oliqarxiyasına son qoya bilər.
Sazişin ən mühüm "+1" bəndi isə "İvanişvilsiz Gürcüstan"dır və siyasətçinin sözlərinə görə, bu şərt yerinə yetirilməzsə, ölkə fəlakətə sürüklənəcək.