Tramp İrana sərt xəbərdarlıq etdi: “Hizbullah dəstəyi dayandırılmalıdır”

ABŞ Prezidenti Donald Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, Tramp bu barədə paylaşımında İranı Livandakı Hizbullah qüvvələrinə dəstəyi dayandırmağa çağırıb.

O bildirib ki, İran regiondakı "vəkil qüvvələrini" maliyyələşdirməyə son qoymalıdır, əks halda ABŞ daha sərt addımlar ata bilər.

Trampın sözlərinə görə, bu addımlar əvvəlki həftələrdə görülən tədbirlərdən daha güclü olacaq və Tehran üçün ciddi nəticələr doğura bilər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31