Vens Cenevrəyə getdi - Danışıqların mövzusunu açıqladı

İsveçrədə ABŞ-İran danışıqları "bir neçə gün" davam edə bilər.

Musavat.com xəbər verir ki, bunu İsveçrəyə uçmazdan əvvəl Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərin suallarını cavablandıran vitse-prezident J.D.Vens deyib:

"Bu prosesi düzgün şəkildə başlatmaq üçün bir neçə gün danışıqlarımız olacaq. Mən orada bir-iki gün ola bilərəm".

Onun sözlərinə görə, Tehranın nüvə proqramı və Livanda atəşkəs İsveçrədə ABŞ-İran danışıqlarının əsas mövzularından biri olacaq: "Düşünürəm ki, nüvə məsələsində və Livanda atəşkəs məsələsində irəliləyiş əldə edəcəyimizə ümid var. Bunlar diqqət yetirəcəyimiz iki əsas məsələdir. Əminəm ki, iranlıların müzakirə etmək istədiyi məsələlər də var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31