Şagirdlərə gözlənilməz güzəşt: İstədikləri vaxt tətilə çıxa biləcəklər

Yaponiyada məktəblilər üçün qeyri-adi qərar qəbul edilib.

Musavat.com xəbər verir ki, yeni qaydaya əsasən, şagirdlər ailələri ilə vaxt keçirmək üçün dərs günlərində məktəbə getməmək hüququ əldə edəcəklər.

Okinava prefekturasında tətbiq olunan proqram çərçivəsində şagirdlər həftəiçi günlərdə bir neçə günlük istirahət götürə biləcəklər. Bu müddətdə onların dərsdə iştirak etməməsi davamiyyət və ya qiymətləndirməyə mənfi təsir göstərməyəcək.

Hazırda proqram ibtidai məktəblərdə və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində tətbiq olunur. Yerli hakimiyyət orqanları bildirirlər ki, qərar valideynlərin ailəvi istirahət planlaşdırmaqda çətinlik çəkdikləri ilə bağlı müraciətlərindən sonra qəbul edilib.

Məlumata görə, ilin sonunadək təşəbbüs daha 41 bələdiyyədə də həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31