İran danışıqçıları İsveçrədədir - Şahbaz Şərif də getdi

İran nümayəndə heyəti ABŞ tərəfi ilə danışıqlar aparmaq üçün İsveçrənin Sürix şəhərinə gəlib.

Musavat.com xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Nümayəndə heyətinə İran Məclisinin sədri Məhəmməd Baqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Təhlükəsizlik Şurasının sədr müavini Əli Baqeri Kani və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati daxil idi. Tərəflər ikitərəfli anlaşma memorandumunun həyata keçirilməsi şərtlərini müzakirə edəcəklər.

Pakistan Baş Nazirinin Ofisi bildirib ki, Pakistanın Baş naziri Şahbaz Şərif və İslam Respublikası Silahlı Qüvvələrinin rəisi, feldmarşal Asim Munir ABŞ-İran danışıqlarında iştirak etmək üçün İsveçrəyə yola düşüblər.

Ofis bildirib ki, "Baş nazir yüksək vəzifəli nümayəndə heyəti ilə birlikdə İslamabaddan İsveçrəyə yola düşüb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31