Hörmüzdən keçmək üçün İrandan icazə istəməli olacaqlar

İranın Fars Körfəzi İşləri İdarəsi (PGSA) bəyan edib ki, ABŞ və İranın danışıqlar aparacağı 60 gün ərzində gəmilər Hörmüz boğazından pulsuz keçə biləcəklər, lakin əvvəlcədən keçid üçün icazə istəməli olacaqlar.

İdarənin "X" sosial şəbəkəsində dərc olunmuş bəyanatda deyilir: "Hörmüz boğazına daxil olarkən və ya çıxarkən gecikmələrin qarşısını almaq üçün bütün zəruri məlumatları özündə əks etdirən keçid üçün müraciətlərin boğaz ərazisinə daxil olmazdan ən azı 48 saat əvvəl təqdim edilməsi vacibdir".

Qeyd olunur ki, anlaşma memorandumuna əsasən, Vaşinqton və Tehran münaqişənin həlli üçün yekun razılaşma əldə etmək barədə danışıqlar aparacaqları 60 gün ərzində keçid üçün heç bir ödəniş olmayacaq. Bütün xərclər İran hakimiyyəti tərəfindən ödəniləcək.

Eyni zamanda, bəyanatda qeyd olunur ki, boğazda hələ də minaların quraşdırıldığı ərazilər olduğundan, gəmi sahibləri keçid vaxtını və marşrutunu İran tərəfi ilə razılaşdırmalı olacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31