Gürcüstanda xalqın Aİ-yə inamı güclüdür, amma… – ÖZƏL

Olaylar.az xəbər verir ki, Aİ-nin "EU NEIGHBOURS EAST" proqramının 2026-cı ilin yanvar-fevral aylarında keçirdiyi illik rəy sorğusuna əsasən, Gürcüstan vətəndaşlarının mütləq əksəriyyəti - 71%-i ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir, 79%-i isə bu üzvlüyün dövlətə xeyir gətirəcəyinə inanır. Sorğu nəticələrinə görə, Aİ 67% etibarlılıq göstəricisi ilə gürcülər üçün ən etibarlı beynəlxalq təsisat olaraq qalır, lakin ikitərəfli münasibətləri "yaxşı" qiymətləndirənlərin payı ötən illə müqayisədə 60%-ə geriləyib. Respondentlərin 49%-i Gürcüstanın hazırda Aİ üzvlüyünə doğru yanlış istiqamətdə hərəkət etdiyini düşünür, 56%-i isə vətəndaş cəmiyyəti və mediaya dair qəbul edilən son qanunların bu prosesə mənfi təsir göstərdiyini vurğulayır. Vətəndaşların 75%-i Aİ-yə inteqrasiyanı təhlükəsizlik amili kimi görsə də, bəzi qorxular da mövcuddur; belə ki, rəyi soruşulanların 43%-i ittifaqın öz dəyərlərini güclə qəbul etdirdiyini, 51%-i isə onun gizli maraqlarının olduğunu zənn edir. 

Bundan əlavə, Gürcüstanda Aİ haqqında məlumatlılıq səviyyəsi kəskin azalıb və əhalinin 86%-i dezinformasiyanı ölkənin milli təhlükəsizliyinə ciddi təhdid hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31