Rusiya mütəxəssisləri Buşehr AES-in tikintisini davam etdirmək üçün İrana qayıdır - ÖZƏL

Rusiya və İran Buşehr Atom Elektrik Stansiyasının ikinci və üçüncü enerji bloklarının tikintisinin davam etdirilməsi ilə bağlı razılığa gəlib. Olaylar.az xəbər verir ki, İranın energetika nazirinin müavini Mustafa Rəcəbi Məşhədi bildirib ki, rusiyalı mütəxəssislər yaxın vaxtlarda İrana qayıdacaqlar.

Onun sözlərinə görə, məsələ Şanxay Əməkdaşlıq Təşkilatının nazirlər görüşü çərçivəsində Rusiya Energetika Naziri ilə keçirilən danışıqlarda müzakirə olunub. Rusiya tərəfi layihədə iştirak edən mütəxəssislərin tikinti işlərini davam etdirmək üçün tezliklə İrana dönəcəyini təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31