Avropa Komissiyası Ermənistana 34 milyon avro maliyyə yardımı ayırıb – ÖZƏL
18:17 DünyaAvropa Komissiyası Rusiyanın özəl sektora tətbiq etdiyi ticarət məhdudiyyətlərinin fəsadlarını yumşaltmaq məqsədilə Ermənistana 34 milyon avro vəsait ayırıb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Aİ-nin Ermənistandakı nümayəndəliyi yayıb. Bildirilib ki, bu dəstək Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən elan edilmiş hərtərəfli yardım paketinin ilk tranşıdır. Vəsait xüsusilə ticarət məhdudiyyətlərindən zərər çəkmiş aqrar-sənaye və gülçülük kimi ixracat yönümlü sahələrə, həmçinin erməni istehsalçılarının yeni bazarlara çıxışının təmin edilməsinə yönəldiləcək. Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos isə bəyan edib ki, qurum Ermənistanı suveren və demokratik tərəfdaş kimi dəstəkləyir və bu addım Avropa həmrəyliyinin praktiki təzahürüdür. Komissar gələcək əməkdaşlıq addımlarını müzakirə etmək üçün iyulun 5-də İrəvana səfər edəcək.