Qara dəniz üzərində Amerika kəşfiyyat təyyarəsi müşahidə edilib- ÖZƏL 

Amerikanın Bombardier Challenger 650 Artemis II kəşfiyyat və hədəf toplama təyyarəsi Qara dənizin neytral suları üzərində yenidən müşahidə edilib. Olaylar.az xəbər verir ki, bu barədə TASS-a Avropa İttifaqının hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə bildirib.
Agentliyin mənbəyi bildirib ki, "Bu təyyarə daimi olaraq Rumıniyanın Konstansa şəhərindəki hava limanında yerləşir və demək olar ki, hər gün Qara dənizə və ya Baltikyanı ölkələrə doğru uçuş həyata keçirir. Hazırda o, Qara dənizin neytral suları üzərində müşahidə olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31