İrimiqyaslı əməliyyat: 26 rayonda İŞİD şəbəkəsi çökdürüldü
15:44 DünyaTürkiyə hüquq-mühafizə orqanları ölkənin 26 vilayətini eyni vaxtda əhatə edən İŞİD terror qruplaşmasına qarşı genişmiqyaslı və koordinasiyalı xüsusi əməliyyat keçirib.
Musavat.com xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, təhlükəsizlik qüvvələrinin reallaşdırdığı sinxron reydlər nəticəsində radikal islamçılarla əlaqədə və terror fəaliyyətində şübhəli bilinən 70 nəfər saxlanılıb.
Nazirliyin müvafiq idarələrindən verilən dəqiqləşdirilmiş məlumata əsasən, saxlanılan şəxslər terror təşkilatının daxilində əsasən maliyyə kuratorları rolunu icra ediblər. Onlar müxtəlif rəsmi və qeyri-rəsmi xeyriyyə fondlarının adından pərdə kimi istifadə edərək terror fəaliyyətinin təminatı üçün pul vəsaitlərinin toplanması və köçürülməsini həyata keçiriblər.
Bundan əlavə, istintaq materiallarında qeyd olunur ki, həmin şəxslər sosial şəbəkə platformalarında İŞİD ideologiyasının təbliği, populyarlaşdırılması və təşkilata yeni üzvlərin cəlb edilməsi (loyallaşdırılması) istiqamətində də aktiv fəaliyyət göstəriblər.