Ermənistanda deputatlığa namizədlər həbs edilib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanda "Ermənistan" blokundan deputatlığa namizədlər Ruslan Barseqyan, Aşot Yeqiazaryan və Asatur Koçaryan barəsində həbs və ev dustuqluğu qətimkan tədbirləri seçilib. Müstəntiqlərin məlumatına görə, onlar seçki rüşvətinin verilməsi və alınmasında iştirakda ittiham olunurlar. Bundan əvvəl Ermənistan Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğun müraciəti əsasında hər üç şəxsin toxunulmazlığının ləğv edilməsinə razılıq verib. 

Qeyd edək ki, prokurorluq həmçinin ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı da cinayət təqibinin başlanması üçün MSK-ya müraciət etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31