Ermənistanda hakim partiya daxilində prezidentlik uğrunda mübarizə başlayıb – ÖZƏL

Ermənistanın hakim "Mülki Müqavilə" partiyasının bir neçə təmsilçisi prezident postuna iddialıdır.

Olaylar.az xəbər verir ki, "Hraparak" qəzetinin yaydığı məlumata görə, hazırda siyasi dairələrdə fəaliyyətdə olan prezident Vaagn Xaçaturyanın səhhətinin vəziyyəti müzakirə olunur və onun 2029-cu ildə başa çatacaq səlahiyyət müddətindən əvvəl vəzifəsindən gedə biləcəyi istisna edilmir. Bu iddiaların fonunda dövlət başçısı postuna potensial namizədlərin adları artıq bəlli olub. Onların arasında hökumət aparatının rəhbəri Araik Arutyunyan, parlamentin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan var. 

Nəşr qeyd edir ki, Araik Arutyunyanın namizədliyi əvvəlki prezident seçkilərində də nəzərdən keçirilsə də, o zaman hakim komanda daxilində lazımi dəstəyi qazana bilməmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31