Tramp İranla bağlı siyasətini tənqid edənləri axmaq adlandırıb

ABŞ prezidenti Donald Tramp onun İran siyasətini tənqid edəndləri axmaq adlandırıb.

ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb ki, İrana qarşı kifayət qədər sərt olmadığını düşünənlər ya paxıl, ya pis insan, ya da sadəcə axmaqdırlar.

Tramp İranla anlaşma memorandumu imzalanacağını açıqlamışdı. ABŞ Konqresi sənədin tam mətnini, ona əlavə edilmiş bütün razılaşmaları və ya icra mexanizmlərini, eləcə də Trampın İranla danışıqlar aparmaq və gələcək razılaşmaya nail olmaq strategiyası barədə ətraflı məlumat tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31