İsrail Hizbullaha qarşı əməliyyatlarıdavam etdirəcək

İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı təhlükəsizlik zonasında Livanın Hizbullah qruplaşmasına qarşı əməliyyatlarını davam etdirəcəyini açıqlayıb.

Bəyanatda deyilir ki, əməliyyat tələblərinə uyğun olaraq, İsrail Müdafiə Qüvvələri Livan ərazisinin təxminən 10 kilometrliyində təhlükəsiz zonada yerləşdirilib. İsrail Müdafiə Qüvvələrinin qoşunları Livanın cənubunda mövqe tutur və təhdidləri aradan qaldırmağa və İsrailin şimalındakı sakinlərin müdafiəsini gücləndirməyə davam edəcək.

Bu həftənin əvvəlində ABŞ və İran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasına çağıran anlaşma memorandumu imzalayacaqlarını edlan ediblər. İsrail memorandum üzrə danışıqlarda iştirak etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31