Tayvan ilk döyüş dron eskadrilyasını yaratmağı planlaşdırır- ÖZƏL

Tayvan ilk döyüş pilotsuz uçuş aparatları eskadrilyasını yaratmağı planlaşdırır. Adanın hökumət başçısı Lay Çindenin sözlərinə görə, bölmənin gələn ayın əvvəlində yaradılması gözlənilir.

Olaylar.az xəbər verir ki, "Taipei Times" qəzeti onun sözlərinə istinadən xəbər verir ki , yeni bölmə "silahlı qüvvələrə innovativ texnologiyaların tətbiqi və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi səylərinin bir hissəsi kimi yaradılacaq" .

Qəzetə anonimlik şərti ilə danışan mənbənin sözlərinə görə, bölmə 126 hərbçidən ibarət olacaq və polkovnik-leytenant tərəfindən idarə olunacaq. Döyüş PUA-larının sayı və onların növü hələlik açıqlanmayıb.
Qeyd edək ki, döyüş dron eskadrilyası  xüsusi döyüş dronlarından ibarət hərbi birlikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31