Türkiyədə ard-arda 62 zəlzələ oldu
13:56 DünyaTürkiyənin Kayseri vilayətinin Pınarbaşı rayonunda gecə saatlarından etibarən intensiv seysmik fəallıq müşahidə olunub.
Milli.Az xəbər verir ki, Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, bölgədə bir gecə ərzində ümumilikdə 62 zəlzələ baş verib.
Məlumata əsasən, təkanlar axşam saatlarında başlayaraq gecə boyu davam edib. Qeydə alınan zəlzələlərin ən kiçiyinin maqnitudası 0,8, ən güclüsünün isə 3,9 olub.
Ardıcıl yeraltı təkanlar rayon sakinləri arasında narahatlıq yaratsa da, ilkin qiymətləndirmələrə görə, hadisələr nəticəsində ölən və ya yaralanan olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31