Pekin: Hörmüz boğazında təhlükəsizliyin bərpası hər kəsin marağındadır – ÖZƏL
13:35 DünyaOlaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Ciyan mətbuat brifinqində bəyan edib ki, Hörmüz boğazında təhlükəsiz və azad gediş-gəlişin ən qısa zamanda bərpası bütün tərəflərin maraqlarına uyğundur.
Beynəlxalq gəmiçilik üçün mühüm əhəmiyyət kəsb edən bu su yolu ilə bağlı rəsmi Pekinin müvafiq dövlətlər və beynəlxalq birliklə təmasları saxlamağa hazır olduğunu qeyd edən diplomat, Çin kapitalına aid və Çin bayrağı altında üzən gəmilərin təhlükəsizliyini qorumaq üçün hər cür səy göstərəcəklərini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31