ABŞ hərbi aviasiyasında ağır itki: "B-52" qəzaya uğradı, heyət üzvləri öldü
13:07 DünyaABŞ-ın Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazasının yaxınlığında "B-52 Stratofortress" strateji bombardmançısı qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan 8 nəfərin hamısı həyatını itirib.
Məlumata görə, bombardmançı planlaşdırılmış sınaq uçuşunu həyata keçirmək üçün havaya qalxdıqdan qısa müddət sonra naməlum səbəbdən qəzaya uğrayıb.
Hadisə Kaliforniya ştatındakı Mojave səhrasında, Los-Anceles şəhərindən təxminən 160 kilometr şimalda baş verib.
Hazırda qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31