Məhkəmə zalından çıxarılan Aleko Elisaşvili Patriarxı və hakimiyyəti tənqid edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, terror aktına cəhddə ittiham olunan "Güclü Gürcüstan - Lelo" koalisiyasının liderlərindən biri Aleko Elisaşvili məhkəmə zalından çıxarılarkən ölkədəki vəziyyətə və fəalların həbsinə səssiz qaldığı üçün Gürcüstanın yeni Patriarxını sərt tənqid edib. Hakim Georgi Gelaşvili ilə yaşanan sözlü qarşıdurma və xəbərdarlıqlardan sonra o, məhkəməyə hörmətsizlik ittihamı ilə zaldan uzaqlaşdırılıb. 

İclas zamanı şahid qismində dindirilən ekspertə suallar ünvanlayan Elisaşvili, hakimin müdaxilələrinə və xəbərdarlıqlarına kinayəli replikalarla cavab verib. Elisaşvilinin vəkili qərara etiraz etsə də, hakim ittiham olunan şəxs tərəfindən görünməmiş təhqirə məruz qaldığını bildirərək qərarını dəyişməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31