Futbol üzrə Dünya Çempionatında iştirak etmək üçün ABŞ-yə gələn Uruqvay milli komandası ciddi təhlükəsizlik yoxlanışı və xüsusi təlim keçmiş itlərlə qarşılanıb.
Musavat.com xəbər verir ki, narkotik vasitələrin axtarışı üçün nəzərdə tutulan itlərin də cəlb olunduğu bu sərt yoxlanış futbolçular və texniki heyət tərəfindən təəccüblə qarşılanıb.
Hadisə turnir ərəfəsində baş verən növbəti xoşagəlməz insident olub. Belə ki, bundan cəmi bir gün əvvəl uruqvaylıların təyyarəsinə ABŞ hava məkanına daxil olmaq icazəsi verilməyib. Nəticədə, komanda ilk oyunlarından bir gecə əvvəl Mexiko şəhərindəki hotellərdən birində gecələmək məcburiyyətində qalıb.
Eyni zamanda, Niderland yığması ilə yoldaşlıq görüşü keçirmək üçün Nyu-Yorka gələn Özbəkistan millisinin də bənzər şəkildə ciddi yoxlanışa məruz qaldığı bildirilir.