ABŞ və İran arasında razılaşma: Oman vasitəçilikdən kənarlaşdırılıb – ÖZƏL
12:23 DünyaOlaylar.az xəbər verir ki, yüksək rütbəli ABŞ rəsmisi Vaşinqton və Tehran arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumunun imzalanmasını şərh edərkən, Omanın vasitəçilik missiyasından kənarlaşdırıldığını bildirib.
Amerikalı rəsmi Omanın prosesdə ikiüzlü davrandığını və demək olar ki, İranın maraqlarına xidmət etdiyini qeyd edərək, bu səbəbdən Maskatın xidmətlərindən imtina edildiyini vurğulayıb. ABŞ, İran və baş vasitəçi qismində çıxış edən Pakistan tərəfləri Yaxın Şərqdəki müharibəyə son qoyacaq bu tarixi razılaşmanı təsdiqləyiblər. İyunun 15-dən İrana qarşı dəniz blokadasının qaldırılmasını və bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan sənədin rəsmi imzalama mərasimi iyunun 19-da Cenevrədə keçiriləcək.