Samadaşvili: "Gürcü arzusu" ölkənin Aİ-yə üzvlük ərizəsini geri götürməyə zəmin hazırlayır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" partiyasının liderlərindən biri Salome Samadaşvili parlamentin sədri Şalva Papuaşvilinin Avropa İttifaqını tənqid edən bəyanatına reaksiya verib. 

Samadaşvili bildirib ki, hakim "Gürcü arzusu" partiyası Brüsseldə Ukraynanın üzvlük prosesini sürətləndirmək üçün aparılan fərqli model müzakirələrindən öz təbliğat məqsədləri üçün istifadə edir. Müxalif siyasətçinin sözlərinə görə, hakimiyyət əvvəllər xalqı "Avropaya ləyaqətlə" şüarı ilə aldadırdısa, indi Rusiyanın tapşırığı ilə Gürcüstanın Aİ-yə üzvlük barədə rəsmi ərizəsini geri götürmək üçün "Ləyaqətsiz Avropadan uzaq" tezisi ilə təbliğat apararaq addım-addım zəmin hazırlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31