Böyük Britaniya Rusiya əleyhinə sanksiyaları genişləndirib- ÖZƏL
11:17 DünyaBöyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısını genişləndirib. Olaylar.az xəbər verir ki, bununla bağlı yayımlanan rəsmi sənədə əsasən, sanksiya siyahısına daha 43 yeni mövqe əlavə edilib. Məlumatı TASS agentliyi yayıb.
Yeni məhdudiyyətlərin hansı fiziki və hüquqi şəxsləri əhatə etdiyi barədə ətraflı məlumatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir. Rəsmi London Rusiyaya qarşı sanksiya siyasətini davam etdirdiyini və beynəlxalq təzyiq mexanizmlərini gücləndirməyə çalışdığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31