İran aktivlərinin blokdan çıxarılması nəzərdə tutulmayıb - Vens

Tehranla münaqişəyə son qoymaq üçün saziş layihəsində İran aktivlərinin blokdan çıxarılması nəzərdə tutulmayıb.

Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens sosial mediada yazıb

O bildirib ki, İran heç bir vəsait verilməyəcək, sadəcə müqavilə imzalamaq və görüşdə iştirak etdiyinə görə, aktivləri blokdan çıxarılmayacaq.

Vens qeyd edir ki, müqavilə ABŞ və onun müttəfiqlərinin maraqlarını prioritetləşdirir.

ABŞ vitse-prezidenti qeyd edib ki, əgər iranlılar öz öhdəliklərini yerinə yetirsələr, bu, həm özlərinə, həm də bütün regiona iqtisadi fayda gətirəcək.

O, razılaşmanın uzunmüddətli sülhə gətirib çıxarmaq potensialına malik olduğunu söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31