Vaşinqton və Tehran razılığa gəlməyə heç olmadığı qədər yaxındırlar - Əraqçi
19:44 DünyaVaşinqton və Tehran münaqişəyə son qoymaq üçün anlaşma memorandumu barədə razılığa gəlməyə heç olmadığı qədər yaxındırlar.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial mediada yazıb.
O bildirib ki, İslamabad Anlaşma Memorandumu heç vaxt bu qədər imzalanmağa yaxın olmayıb.
Əraqçi əlavə edib ki, müqavilənin bütün təfərrüatları vaxtı çatanda açıqlanacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehranın münaqişənin həlli üçün ümumi konsepsiyanı təsbit edəcək anlaşma memorandumu imzalamaq niyyətində olduğunu açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31