Tramp: ABŞ və İran arasında müharibənin dayandırılması barədə razılaşma var

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında müharibənin dayandırılması ilə bağlı razılaşma əldə olunduğunu bildirib.

Milli.Az xəbər verir ki, o,  Ağ Evdə jurnalistlərə açıqlamasında tərəflər arasında gərginliyin azaldılması və münaqişənin başa çatdırılması barədə anlaşmanın əldə edildiyini qeyd edib. Trampın sözlərinə görə, bu razılaşma çərçivəsində İrana qarşı planlaşdırılan zərbələr də dayandırılıb.

ABŞ lideri sənədləşmə prosesinin davam etdiyini və bunun bir neçə gün çəkə biləcəyini deyib. Onun iddiasına əsasən, sənəd imzalandıqdan sonra Hörmüz boğazının açılması da gündəmə gələ bilər. Tramp həmçinin mümkün imzalanmanın Avropada baş tuta biləcəyini, tədbirdə isə vitse-prezident Cey Di Vensin iştirak edəcəyini bildirib.

Lakin İran tərəfinə yaxın mənbələr ABŞ-la ilkin razılaşma barədə məlumatları təkzib edib və hazırda təsdiqlənmiş heç bir sənədin olmadığını vurğulayıb. "Axios" və digər mənbələr də İran rəhbərliyi tərəfindən yekun sənədin hələ təsdiqlənmədiyini qeyd ediblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31