Şalva Kereselidze: “Gürcü Arzusu” müxalifətin 20 iyun aksiyasına qoşulmalıdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Qaxariya Gürcüstan naminə" partiyasının deputatı Şalva Kereselidze jurnalistlərə açıqlamasında bildirib ki, bəlkə də artıq müxalifətin 20 iyun hadisələri ilə bağlı keçirəcəyi aksiyaya hakim "Gürcü Arzusu" partiyasının da daxil olmaq vaxtı çatıb. Deputatın sözlərinə görə, cari hakimiyyət 2019-cu il iyunun 20-də baş verən hadisələrə görə sabiq daxili işlər naziri Giorgi Qaxariyaya qarşı cinayət işi açmaq əvəzinə, dövlət institutuna hücumun qarşısını aldığı və hakimiyyəti qoruduğu üçün ona təşəkkür etməli idi. Kereselidze həmin hadisələrin "Gürcü Arzusu"nun rəsmisi İrakli Kobaxidzenin rusiyalı deputat Qavrilovu parlament sədri kürsüsünə oturtması səbəbindən alovlandığını xatırladıb. 

O, müxalifət liderlərinin emosional gənclərin arxasında gizlənərək parlamenti hədəf aldığını, lakin Qaxariyanın çevik addımları sayəsində bu gün hakim partiyanın öz postlarında qaldığını vurğulayıb. Qeyd edək ki, "Bir ölkə, bir Gürcüstan" vətəndaş kampaniyası "Qavrilov gecəsi"ndən 7 il keçməsi münasibətilə iyunun 20-də Tbilisi Filarmoniyasının qarşısından parlament binasına doğru etiraz yürüşü planlaşdırır və "Vahid Milli Hərəkat" partiyası da bu aksiyaya qoşulacağını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31