ABŞ və İran arasında nüvə razılaşması yaxınlaşır: Şərtlər bəlli olub – ÖZƏL
11:07 DünyaABŞ Prezidenti Donald Tramp İraqın nüvə probleminin həlli variantlarından biri kimi, ölkədəki yüksək dərəcədə zənginləşdirilmiş uranın BMT müfəttişlərinin nəzarəti altında daxildə "durulaşdırılması" təklifi ilə razılaşıb.
Olaylar.az xəbər verir ki, "Axios" nəşrinin Vaşinqtondakı yüksəksəviyyəli mənbəyə istinadən verdiyi xəbərə görə, rəsmi Vaşinqton indiyə qədər həmin materialların tamamilə İrandan çıxarılmasını tələb edirdi. Nüvə proqramı ilə bağlı bütün konkret addımların ABŞ və İran arasında imzalanacaq anlaşma memorandumu çərçivəsində atılması nəzərdə tutulur. Prezident Tramp bu memorandumun artıq həftəsonu imzalana biləcəyini bəyan edib. Sənədə əsasən, Hormuz boğazı rüsumsuz olaraq dərhal gəmilərin üzünə açılmalı və 30 gün ərzində dəniz nəqliyyatının hərəkəti müharibədən əvvəlki səviyyəyə qaytarılmalıdır.