Yaxın Şərqdə təhlükə artır: ABŞ və İran qarşı-qarşıya

ABŞ ilə İran arasında gərginlik yenidən artıb.

Milli.Az xəbəör verir ki, Donald Tramp "Fox News"a açıqlamasında Vaşinqtonla razılaşma əldə olunmasa, İranın sərt hərbi cavabla üzləşə biləcəyini deyib.

"Axios"un məlumatına görə, Tramp administrasiya rəsmilərinə Tehranın danışıqlarda ABŞ ilə qeyri-ciddi davrandığını bildirib.

Eyni vaxtda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana qarşı əlavə zərbələrə başladığı barədə məlumat yayılıb.

Buna cavab olaraq İran Hörmüz boğazından bütün dəniz nəqliyyatının keçidini məhdudlaşdıracağını açıqlayıb və bölgəyə yaxınlaşan gəmilərin hədəf ola biləcəyi barədə xəbərdarlıq edib. Tehran həmçinin ABŞ-nin regiondakı maraqlarına qarşı cavab addımları atacağını istisna etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31