Rusiyada güclü zəlzələ oldu
10:44 DünyaRusiyanın Kamçatka bölgəsində - Berinq adası akvatoriyasında 6 bal gücündə zəlzələ olub.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Petropavlovsk-Kamçatskdən 483 kilometr aralıda, Nikolskoye yaşayış məntəqəsinin yaxınlığında baş verib. Seysmik hadisənin episentri təxminən 28 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntı və itki qeydə alınmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31