18 il axtarışda olan azərbaycanlı qanuni oğru Rusiyada saxlanıldı
13:02 DünyaSankt-Peterburqda azərbaycanlı qanuni oğru Yusif Əliyev saxlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər Baş İdarəsi məlumat yayıb.
54 yaşlı kişi 2008-ci ildən bəri iki və ya daha çox insanın qətli də daxil olmaqla bir neçə ittihamla beynəlxalq axtarışda olub.
O, 9 iyun səhəri Makarov sahilindəki evdə saxlanılıb. O, digər maddələrlə yanaşı, cinayətkar iyerarxiyada yüksək vəzifə tutmaqda da ittiham olunur. Bu ittiham üzrə maksimum cəza on beş ilə qədər həbsdir.
Qeyd edək ki, 2009-cu ilin mart ayında Yusif Əliyev və daha üç "qanuni oğru" Moskvada şantaj və adam oğurluğu şübhəsi ilə saxlanılıb.Yusif Əliyev həmin vaxt Azərbaycan cinayətkar qruplarının liderləri, eləcə də gürcü əsilli Teymuraz Faroyan ilə saxlanılmışdı. Hüquq-mühafizə orqanları həbsdən qısa müddət sonra onları azadlığa buraxmışdı.