Qanunsuz səs verən immiqrantlar ABŞ-dan deportasiya olunur- ÖZƏL
12:35 DünyaABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) immiqrasiya orqanlarına ölkədə seçkilərdə qanunsuz iştirak etdiyi aşkarlanan miqrantları deportasiya etməyi əmr edib. Olaylar.az xəbər verir ki, bu barədə Fox News daxili departamentin sənədlərinə istinadən məlumat yayıb.
DHS sənədlərinə görə, bu tədbir ABŞ seçkilərinin şəffaflığını artırmaq və ölkədə immiqrasiya üzərində nəzarəti gücləndirmək məqsədi daşıyır.
Donald Tramp 2025-ci ilin yanvar ayında ABŞ-ın 47-ci prezidenti kimi andiçmə mərasimindən bəri dəfələrlə bildirib ki, vəzifəyə başlamazdan əvvəl ölkəyə təxminən 25 milyon insan qanunsuz yolla daxil olub. Ağ Ev rəhbəri dəfələrlə daha sərt immiqrasiya siyasətinin tərəfdarı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31