Şalva Papuaşvili: "Müxalifət böyük güclərin maraqları naminə Gürcüstana xəyanət edir" – ÖZƏL
12:17 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə bəyanatında bildirib ki, qlobal beynəlxalq nizamın pozulduğu və güc prinsipinin hökm sürdüyü müasir dünyada hər bir dövlət yalnız öz milli maraqlarını güdür. Xarici güclərin Gürcüstanın ziyanına olsa belə, öz geosiyasi və iqtisadi məqsədlərini irəli apardıqlarını qeyd edən spiker, daxili radikal müxalifəti ölkə mənafelərini satmaqda ittiham edib.
Papuaşvilinin sözlərinə görə, xarici qüvvələrin maliyyəsi və rəğbəti müqabilində özünü silah kimi istifadə etdirən müxalifətin bu yanaşması xəyanətdir. O, rəsmi Tbilisinin tabelik münasibətlərinə yox, yalnız milli maraqların qarşılıqlı uzlaşdırılmasına əsaslanan real tərəfdaşlığa tərəfdar olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31