Ermənistanlı deputat: "Əvvəlki rəhbərlərin hamısı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın hakim "Mülki Müqavilə" partiyasından olan deputat Alxas Kazaryan jurnalistlərə müsahibəsində ölkənin bütün keçmiş rəhbərlərini Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqda ittiham edib. Hazırkı hakimiyyətin Qarabağı təhvil verdiyi barədə iradlara kəskin etiraz edən deputat, müvafiq fərmanı məhz Qarabağdakı qondarma rejimin rəhbərinin (Samvel Şahramanyan) imzaladığını vurğulayıb. 

Kazaryan keçmiş rəhbərlərin heç birinin qondarma qurumu müstəqil subyekt kimi tanımadığını və əslində onun Azərbaycanın tərkibində olmasını qəbul etdiklərini bildirərək, mövzu ilə bağlı növbəti suallara cavab verməkdən imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31