Qırğızıstanın keçmiş naziri indi kuryer işləyir - VİDEO
11:17 DünyaQırğızıstanın keçmiş əmək və sosial inkişaf naziri Uluqbek Koçkorovın ABŞ-də kuryer kimi çalışdığı iddia olunur.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda onun avtomobilə bağlamalar yüklədiyi görünür. Məlumata görə, keçmiş nazir hazırda ABŞ-nin Çikaqo şəhərində yaşayır və "Amazon" üçün kuryer işləyir.
Bununla bağlı rəsmi açıqlama verilməyib. Video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Koçkorov Qırğızıstanın Əmək və Sosial İnkişaf naziri təyin edilib. Daha sonra, 2020-ci ildə keçirilən seçkilərdə "Birimdik" partiyasını təmsil edərək parlamentə namizəd olub.O, 2020-ci ilin payızında ölkədə baş verən siyasi hadisələrdən sonra nazir vəzifəsindən uzaqlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31