Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb
10:24 DünyaYeni Zelandiyanın cənubunda 6 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Cənubi Sakit okeanda, Oklend adaları bölgəsində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi barədə heç bir məlumat verilməyib.
Oklend adaları, Yeni Zelandiyanın ən cənub məskunlaşmış hissəsi olan Stüart adasından 400 km cənubda yerləşən yaşayış olmayan bir arxipelaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31