Peskov Ermənistandakı seçkilərdə qeydə alınan pozuntulardan danışıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Ermənistanda keçirilən parlament seçkiləri zamanı çoxsaylı qanun pozuntuları barədə məlumatlar daxil olub. O, Kremllə bağlı qeyri-müəyyən məqamların olduğunu və səsvermə prosesində qeydə alınan pozuntulara dair xeyli hesabat gördüklərini qeyd edib. 

Kremlin sözçüsü həmçinin vurğulayıb ki, məhz bu səbəbdən Moskva qələbəsini elan edən Nikol Paşinyanı təbrik etməyə tələsmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31