Baidu şirkəti Pentaqonun qara siyahıya salmasını əsassız hesab edir- ÖZƏL
12:19 DünyaÇinin texnologiya şirkəti Baidu Pentaqonun qara siyahısına daxil edilməsini əsassız adlandırıb. Olaylar.az xəbər verir ki, şirkət bu barədə açıqlama verib.
"Şirkətimiz nə hərbi müəssisə, nə də Çin müdafiə sənayesinin hərbi-mülki müəssisəsi olmadığı üçün hesab edirik ki, şirkətin bu siyahıya daxil edilməsi üçün heç bir hüquqi əsas yoxdur", - deyə açıqlamada bildirilir.
Baidu qeyd edib ki, ABŞ hökumətinin siyahı ilə bağlı alış məhdudiyyətləri onun fəaliyyətinə təsir göstərməyəcək və siyahının özü onun qiymətli kağızlarının ticarətini məhdudlaşdırmır.
Pentaqon 2021-ci ildən bəri "Çin hərbi şirkətləri"nin siyahısını dərc edir. Bu siyahıya daxil olmaq dərhal sanksiyalara səbəb olmur, lakin oradakı şirkətlərə ABŞ ordusu üçün podratçı kimi xidmət etmək qadağandır. Bundan əlavə, bu, investorlara bu şirkətlərin tezliklə ticarət və ya digər məhdudiyyətlərə məruz qala biləcəyinə dair siqnal verə bilər.
Siyahıda hazırda aviaşirkətlər, elektron avadanlıq istehsalçıları və tikinti, logistika və rabitə sahələrində xidmət təminatçıları da daxil olmaqla 100-dən çox Çin şirkəti var.