AK müdafiə və təhlükəsizlik sahəsində ştat sayını artırmağı planlaşdırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Politico" nəşrinin mənbələrinə istinadən yaydığı məlumata görə, Avropa Komissiyası (AK) Müdafiə Sənayesi və Kosmos (DG DEFIS) ilə Rəqəmsal Siyasət (DG CONNECT) baş direktorluqlarının əməkdaşlarının sayını artırmağı planlaşdırır. Bundan əlavə, qurumun müdafiə potensialının gücləndirilməsi çərçivəsində SAFE proqramı üzrə kreditlərin bölüşdürülməsi üçün əlavə rəhbər heyətin cəlb edilməsi nəzərdə tutulur. Avropa Komissiyası müdafiə və təhlükəsizlik sahələrində fəaliyyətini gücləndirmək məqsədilə növbəti uzunmüddətli büdcə çərçivəsində ümumi ştat sayını təxminən 2 400 nəfər artırmağı nəzərdən keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31