Stratfor: Ermənistandakı seçki nəticələri Paşinyana hökumət qurmaq imkanı verəcək – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Stratfor" analitik mərkəzinin hesabatına görə, Ermənistandakı seçkilərin nəticələri Baş nazir Nikol Paşinyana yeni hökumət formalaşdırmaq, Azərbaycanla sülh, Türkiyə ilə normallaşma və Qərblə əlaqələrin dərinləşdirilməsi kursunu davam etdirmək imkanı verəcək. 

Bununla belə, analitiklər hesab edir ki, hakim "Vətəndaş Müqaviləsi" partiyasının mandat sayı müxalifətin dəstəyi olmadan konstitusiya dəyişiklikləri etməyə yetməyə bilər və bu, Azərbaycanın bəzi tələblərinin icrasını çətinləşdirəcək. Eyni zamanda, rusiyayönümlü müxalifətin güclənməsi daxili siyasi rəqabəti artıracaq və hökuməti Rusiyanın siyasi-iqtisadi təzyiqlərinə qarşı daha həssas edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31