Bolqarıstan Ukraynadan milli azlıqların hüquqlarının qorunmasını tələb edə bilər- ÖZƏL
10:46 DünyaBolqarıstan Ukraynadakı bolqar icmasının təhsil hüquqlarının təmin olunması ilə bağlı Kiyevə tələblər irəli sürə bilər. Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın "Obşestvennoye" nəşri Aİ diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Sofiya xaricdə yaşayan bolqarların ana dilində təhsil imkanlarının genişləndirilməsini istəyir. Bundan əvvəl isə Macarıstan Ukraynadakı macar azlığın hüquqları ilə bağlı oxşar tələblər irəli sürmüşdü.
Budapeşt hesab edir ki, 2015-ci ildən sonra Zakarpatyedə yaşayan etnik macarların dil və təhsil sahəsində hüquqları məhdudlaşdırılıb və bu məsələ Ukrayna ilə münasibətlərdə əsas fikir ayrılıqlarından biri olaraq qalır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31