ABŞ nümayəndəsi: Avropanın İrana qarşı əməliyyatda dəstək verməməsi səhv idi- ÖZƏL
14:13 DünyaABŞ-ın Aİ-dəki daimi nümayəndəsi Endryu Puzder bildirib ki, Vaşinqtonun Avropadakı NATO müttəfiqləri İrana qarşı əməliyyatda ABŞ-a dəstək verməməklə "böyük səhv" ediblər.
Olaylar.az xəbər verir ki,o, Euronews-a müsahibəsində qeyd edib ki, ABŞ uzun illər Avropanın təhlükəsizliyini təmin edib və buna görə də Avropa ölkələrinin Vaşinqtona kömək etmək öhdəliyi var. Puzderin sözlərinə görə, Prezident Donald Tramp Avropa müttəfiqlərinin mövqeyindən məyus olub.
Xatırladaq ki, Aİ ölkələri ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına qoşulmaqdan imtina edib, bəzi dövlətlər isə ABŞ qüvvələrinin öz hərbi bazalarından və hava məkanından istifadəsinə məhdudiyyətlər tətbiq ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31