İrakli Pavlenişvili: "Bütün fikir ayrılıqlarına baxmayaraq, hazırda alyansda qalırıq" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri İrakli Pavlenişvili bəzi şəxslərin partiyanı və Mixail Saakaşvilini qaralamağa davam etməsinə baxmayaraq, hazırda siyasi alyansda qaldıqlarını bildirib. O, Bidzina İvanişvilinin əsas rəqibinə çevrilməyin yolunun Saakaşvilini tənqid etməkdən deyil, real iş görməkdən keçdiyini vurğulayaraq mövcud ziddiyyətlərin aradan qaldırılacağına ümid etdiyini deyib.

Pavlenişvili hakim "Gürcü arzusu" partiyasının müxalif partiyaların qadağan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciətinə də münasibət bildirib. O, partiyaların qadağan olunmasının ölkədə demokratiyanın tamamilə məhvi və diktatura mənasına gələcəyini qeyd edərək, siyasi repressiyalara qarşı etirazları davam etdirəcəklərini bəyan edib. Siyasətçi Ermənistandakı seçkilərə də toxunaraq, erməni xalqının Gürcüstanın 2012-ci ildəki səhvini təkrarlamadığını və modernləşmə ilə demokratiyanın lehinə səs verdiyini əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31