İran raketinin qalıqları Suriyanın cənubuna düşüb- ÖZƏL

İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən İran raketinin qalıqları Suriyanın cənubundakı Əl-Quneytra vilayətinin Zübeydə kəndi yaxınlığına düşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb. Hadisənin nəticələri, eləcə də mümkün dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Bundan əvvəl Dəməşq uçuş məlumatları rayonunun dispetçer xidmətindəki mənbə Suriyanın hava məkanında tətbiq olunan məhdudiyyətlərin günün sonunadək qüvvədə qalacağını bildirib. Məhdudiyyətlər İsrailin İran tərəfindən bir neçə raket atışının qeydə alındığını açıqlamasından sonra ötən axşam tətbiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31