İspaniya Baş naziri Papaya zeytun ağacı hədiyyə etdi- ÖZƏL

İspaniyanın Baş naziri Pedro Sançes Papa XIV Leoya sülh və dialoq rəmzi olaraq bonsai zeytun ağacı hədiyyə edib. Olaylar.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Papa baş naziri Madriddəki Apostol Nunsiaturasında qəbul edib. Görüş zamanı Sançes Papaya  İspan zeytun bonsai ağacı hədiyyə edib. Bildirilib ki, bitki "ənənə və innovasiya, tarixi köklərə hörmət və qabaqcıl texnologiyaların tətbiqi arasında mükəmməl tarazlığı təmsil edir". Nazirlər Kabinetinin mətbuat xidməti əlavə edib ki, "Zeytun ağacı sülhün, dialoqun və anlaşmanın universal simvoludur - İspaniya və Vatikanın ortaq dəyərləri".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31