Hindistan öz vətəndaşlarına İranı təcili tərk etmək barədə xəbərdarlıq edib – ÖZƏL
12:36 DünyaOlaylar.az xəbər verir ki, Hindistanın Tehrandakı səfirliyi bu ölkədəki vətəndaşlarına mövcud nəqliyyat vasitələrindən istifadə edərək İranı mümkün qədər tez tərk etməyi tövsiyə edib. Diplomatik nümayəndəliyin rəsmi saytında yayılan müraciətdə vətəndaşlardan gediş marşrutlarını səfirliklə razılaşdırmaq xahiş olunur.
Səfirlik, həmçinin İsrailin İslam Respublikası ərazisinə təşkil etdiyi raket hücumları fonunda təhlükəsizlik mülahizələrini əsas gətirərək, Hindistan vətəndaşlarına İrana planlaşdırılan bütün səfərlərdən imtina etməyi xatırladıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31