ABŞ Avropanın müdafiəsində ikinci plana keçəcək- ÖZƏL

ABŞ Avropa ölkələrinə qitənin qeyri-nüvə müdafiəsində əsas məsuliyyəti öz üzərlərinə götürməli olduqlarını bildirib. Olaylar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus açıqlama verib.
Onun sözlərinə görə, Vaşinqton Avropa üzərindəki "nüvə çətiri"ni qoruyub saxlayacaq, lakin müdafiə sahəsində daha çox dəstəkləyici rol oynayacaq.
Kubilyus əlavə edib ki, Avropa ölkələri NATO çərçivəsində nüvə potensialının gücləndirilməsini müzakirə etsələr də, əsas diqqət ABŞ-dan asılılığı azaltmaq üçün qeyri-nüvə müdafiə imkanlarının və birgə müdafiə layihələrinin inkişafına yönəlməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31