Cənubi Koreya Prezidenti: KXDR-ə qarşı sanksiyalar səmərəsizdir- ÖZƏL
10:47 DünyaCənubi Koreya Prezidenti Li Çje Myon vəzifəyə başlamasının ildönümü münasibətilə keçirdiyi mətbuat konfransında KXDR-ə qarşı tətbiq olunan sanksiyaların faydasız olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, Şimali Koreyanın Çin və Rusiya ilə əməkdaşlığı səbəbindən beynəlxalq təzyiq istənilən nəticəni vermir. Prezident qeyd edib ki, KXDR-ə qarşı müxtəlif sanksiyalar tətbiq olunsa da, ölkənin Çinlə əlaqələrinin tam məhdudlaşdırılıb-məhdudlaşdırılmadığını demək çətindir, Rusiya ilə əlaqələr isə açıq şəkildə davam edir.
"Bu səbəbdən istənilən təzyiq uğursuzluğa məhkumdur. Sanksiyalar effektiv deyil", - deyə Li Çje Myon vurğulayıb və mövcud tədbirləri "tamamilə faydasız" adlandırıb.
Bununla yanaşı, Cənubi Koreya lideri KXDR-in nüvəsizləşdirilməsi məqsədindən imtina etmədiyini bildirib. O, Pxenyanın nüvə proqramının mərhələli şəkildə dondurulmasını və gələcəkdə nüvə silahından tam imtina etməsini nəzərdə tutan planını dəstəklədiyini qeyd edib.