Mamuka Xazaradzenin fondu Brüsseldə "Gürcüstan Evi" yaradır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın "Güclü Gürcüstan - Lelo" koalisiyasının liderlərindən biri Salome Samadaşvili "Xazaradze Fondu"nun Brüsseldə tarixi "Aegidium" binasını satın aldığını bildirib. 

Onun sözlərinə görə, bu möhtəşəm sarayda "Gürcüstan Evi" təsis ediləcək və bura ölkənin Avropadakı mühüm mərkəzinə çevriləcək. Mövcud hökumətin siyasətini kəskin tənqid edən Samadaşvili bəyan edib ki, gürcü xalqının mübarizəsi sayəsində ölkə tezliklə indiki rejimdən azad olacaq və Avropa İttifaqına üzvlüyünü həm səfirlikdə, həm də bu yeni mərkəzdə qeyd edəcək. 

O, binanın tapılması və alınmasında köməklik göstərən belçikalı memar Anders Byolka təşəkkürünü bildirərək, bu layihənin Gürcüstanın milli qürurunun, uzunmüddətli sülhünün və inkişafının qorunması yolunda mühüm addım olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31